Şəkidə iki maşın toqquşdu – Ölən və yaralananlar var

Hadisə

Bakı. Trend:

Bu gün saat 17 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun
Şəki rayonu ərazisindən keçən hissəsində “VAZ-2107” və “Mitsubishi”
markalı avtomobillər toqquşub.

Trend xəbər
verir ki, nəticədə “VAZ”ın sürücüsü, 1962-ci il təvəllüdlü Səxavət
Salamov hadisə yerində ölüb.




Digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki,
faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir