Lənkəranda təcili tibbi yardım avtomobili qəzaya uğradı

Hadisə

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayonun Velədi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Lənkəran rayonunun Səpnəkəran kəndinə çağrışa gedən təcili tibbi yardım avtomobili “Hyundai Santa Fe” markalı maşınla toqquşub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir