Şəmkirdə sərnişinlər bıçaqlanıb, onlara xəsarət yetirməkdə sürücü şübhəli bilinir

Hadisə

Şəmkirdə sərnişinlər bıçaqlanıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin 20 Yanvar küçəsində, şadlıq saraylarından birinin qarşısında qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Kazım Əliyev və əmisi oğlu, 1999-cu il təvəllüdlü Sübhan Əliyev bıçaq xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya aparılıb.

Onlara xəsarət yetirməkdə taksi sürücüsü, 1984-cü il təvəllüdlü Ehtiram Hüseynov şübhəli bilinir. O, saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Spread the love