Sumqayıtda emalatxanada YANĞIN

Hadisə

Sumqayıt şəhərində ümumi sahəsi 800 m² olan təkrar emal sexində plastik materiallar 200 m² sahədə yanıb.

Modern.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan metaldan ibarət dam örtüyü 50 m² sahədə deformasiyaya uğrayıb. Sex yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir