Sumqayıtda təkrar emal sexində yanğın olub

Hadisə

Bakı. Trend:

Sumqayıt şəhərində təkrar emal sexində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhərində
ümumi sahəsi 800 m² olan təkrar emal sexində plastik materiallar
200 m² sahədə yanıb. Yüksək temperaturdan metaldan ibarət dam
örtüyü 50 m² sahədə deformasiyaya uğrayıb.




Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə
bölmələri tərəfindən söndürülüb.