Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib, ölən var

Hadisə

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib, ölən var.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

Belə ki, avtoqəza zamanı “Kia” markalı minik avtomobilində olan 1992-ci il təvəllüdlü Günel Bəylər qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir