Goranboyda iki maşın toqquşub, xəsarət alanlar var

Hadisə

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, “VAZ-2107” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.