Goranboyda iki maşın toqquşub, 4 nəfər xəsarət alıb – YENİLƏNİB

Hadisə

Bu gün Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (2-si qadın, 2-si kişi olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı xəsarətlər diaqnozu təyin edilib. Hazırda 3 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir. Digər 1 nəfərə zəruri tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə edilib”, məlumatda deyilir.

***

14.43

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, “VAZ-2107” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər – “VAZ”-2107 sürücüsü 1989-cu il təvəllüdlü Tural Mustafayev, “VAZ-21015” sürücüsü 1975-ci il təvəllüdlü Rauf Səlimov və “VAZ-2107″nin sərnişini 1960-cı il təvəllüdlü Əsibə Mustafayeva xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir