Yevlaxda yol qəzasında xəsarət alanların sayı artıb – YENİLƏNİB

Hadisə

Yevlaxda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 8 nəfər (6 qadın cinsli, 2 kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Report”un Qərb bürosu xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan 7 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Kəllə sümüklərinin, sağ gicgah təpə nahiyəsinin sınığı diaqnozu təyin edilən pasiyentin müalicəsi isə müvafiq şöbədə davam etdirilir. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var.

“Report”un Qərb bürosunun məlumatına görə, Yevlax rayon ərazisində avtomobilin aşması nəticəsində biri az yaşlı olmaqla 7 nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.