
Bakı. Trend:
Qusar rayonunun Xuray kəndində ümumi sahəsi 128 m² olan (hər
mərtəbəsi 64 m²) ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin
ikinci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyünün taxta
atmaları 64 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi
yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.