
Bakı.Trend:
Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş
verib.
Trend-in
məlumatına görə, hadisə iyulun 29-da Xaçmaz rayonu, Çinartala
kəndində qeydə alınıb.
Belə ki, Əhmədov Faiq Fazil oğlu idarə etdiyi motoblokla
hərəkətdə olduğu zaman piyada Əhmədova Qəmər Abusətdar qızını
vurub.
Nəticədə qadın xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xaçmaz RPŞ-nin İB-də cinayət işi başlanaraq
istintaq aparılır.