
Bakı. Trend:
Qazax rayonu, Ağköynək kəndi istiqamətində açıq ərazidə yanğın
olub.
Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax
rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb
olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş
vermiş yanğın daha geniş əraziyə yayılmasına, o cümlədən meşə
zolağına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində dağlıq ərazidə 25 ha sahədə quru ot, kol-kos
yanıb.
Meşə zolağı və ətraf ərazilər yanğından mühafizə olunub.

