
Bakı. Trend:
Laçında dağlıq ərazidə yanğın baş verib.
Trend
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə Laçın
rayonunun Güləbird kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın
baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin və Aviasiya dəstəsinin qüvvələri cəlb
olunub.
Nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və
təxirəsalınmaz tədbirlər sayəsində dağlıq ərazidə baş vermiş yanğın
geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə
söndürülüb.

