Gömrük Komitəsində otağı su basdı – AÇIQLAMA

Hadisə

Dövlət Gömrük Komitəsi sosial şəbəkədə yayılan görüntülərə münasibət bildirib.

Modern.az-ın məlumatına görə, qurumdan bildirilib ki, soyutma sistemində qısamüddətli texniki nasazlıq baş verib.

Qeyd olunur ki, nasazlıq tez bir zamanda aradan qaldırılıb.

***

10:49

Dövlət Gömrük Komitəsinin Yasamal rayonunda yerləşən və bir müddət əvvəl istifadəyə verilmiş yeni inzibati binasında otaqlardan birini su basıb.

Modern.az xəbər verir ki, binadakı yanğınsöndürmə sistemi qəfildən işə düşüb.

Nəticədə otağa tavandan su tökülməyə başlayıb.

Yanğınsöndürmə sisteminin nasazlıq səbəbindən və ya hər hansısa siqnal əsasında işə düşdüyü məlum deyil.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir