Bakıda yolda maşın yandı (FOTO)

Hadisə

Bakı. Trend:

Bakının Sabunçu rayonu, Aeroport şosesi, köməkçi yolda minik
avtomobillərindən birində yanğın baş verib.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzinin məlumatında deyilir.




Bildirilib ki, hərəkətdə olan digər nəqliyyat vasitələrinin
sürücülərinin hadisə yerinə baxması səbəbindən mərkəz istiqamətində
sıxlıq yaranıb.

Polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması üçün
tədbirlər görülür.