Cəlilabadda “QAZ-53” aşıb, ölən və xəsarət alanlar var – FOTO

Hadisə

Cəlilabadda baş verən qəzada ölən var.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “QAZ 53” markalı avtomobil aşıb.

Nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.