Tərtər çayında 16 yaşlı yeniyetmə boğulub

Hadisə

Tərtər çayında 16 yaşlı yeniyetmə boğulub.

APA xəbər verir ki, hadisə Tərtər çayının Bərdə rayonu Zümürxan kəndindən keçən hissəsində baş verib.

Məlumata görə, 2009-cu il təvəllüdlü Nihad Rüstəmov həmin çayın kənddən keçən hissəsində toplanmış su gölməçəsində həmkəndliləri ilə çimərkən suda boğularaq ölüb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir