Piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Hadisə

Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə rayonun Sarayevo küçəsində qeydə alınıb.

Məlumata görə, Yəhya Şərifzadə idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil ilə metronun Əhmədli stansiyasından Bakı kinoteatrı istiqamətində Sarayevo küçəsi ilə hərəkətdə olan zaman yolu keçməkdə olan piyada 2004-cü il təvəllüdlü Nurlan Qasımovu və yolun hərəkət hissəsinin kənarında səkinin üzərində dayanmış Siruz Əhmədovu vuraraq xəsarət yetirib və sonuncu aldığı bədən xəsarətindən ölüb.

Faktla bağlı Xətai RPİ-nin İŞ-də AR CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılır.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir