
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki
rayonu, Aşağı Göynük, Palimet və Qax rayonu, Qaradolaq kəndləri
istiqamətlərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat
daxil olub.
FHN-in Mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar
dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb
olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və
təxirəsalınmaz tədbirlər sayəsində mürəkkəb relyefli dağlıq ərazidə
baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq
genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan
verilmədən söndürülüb.
Ətraf ərazilər yanğından mühafizə olunub.