Azərbaycan sərhədini pozmağa cəh edən Əfqanıstan vətəndaşları saxlanılıb

Hadisə

Azərbaycan sərhədini İran istiqamətindən pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıblar.

Bu barədə “Report”a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində 2 Əfqanıstan vətəndaşı – 1999-cu il təvəllüdlü Qasimi Reza Həbibulla və 2002-ci il təvəllüdlü Həsəni Məhəmmədrza Məhəmmədnaim dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Spread the love