
Bakının Xətai rayonunda avtoservisdə baş verən yanğın söndürülüb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bakının Köhnə Günəşli qəsəbəsində avtoservis yanır.
Fövqaladə Hallar Nazirliyindən “Report”a verilən məlumata görə, əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Hadisənin başvermə səbəbi məlum deyil.