İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd
dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə
dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən
məlumat verilib.




Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat
tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 5 kiloqram 820
qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.