
Bakı.Trend:
Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar havaların isti keçməsi
fonunda analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir
daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına
əyləşməməyi xahiş edib.
Trend xəbər
verir ki, müraciətdə vətəndaşlardan səhhətində problem olan
doğmalarının sükan arxasına keçməsinin qarşısını almaları xahiş
olunub.
Məlumatda bildirilib ki, Quba rayon sakini Rövkət Yunusovun
idarə etdiyi “QAZ-3302” markalı avomobil Xaçmaz şəhəri ərazisində
hərəkətdə olarkən qəflətən avtomobil yoldan çıxaraq ayırıcı zolağa
çırpılıb.
Qeyd edilib ki, sürücü hadisə yerində həyatını itirib. İlkin
məlumata əsasən sürücünün qəzadan əvvəl ürək tutmasından dünyasını
dəyişdiyi ehtimal olunur.