Dünən vətəndaşlardan 5 avtomat silahı, 5 tüfəng aşkar edilərək götürülüb

Hadisə

Bakı.Trend:

Avqustun 1-də polis əməkdaşları paytaxt və respublikanın
ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 5 tüfəng, 18 ədəd
süngü-bıçaq, 323 patron darağı və 11511 ədəd müxtəlif çaplı patron
aşkar edərək götürüblər.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.




Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz
saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.