Bakıda iki yük maşını toqquşdu – Xəsarət alan var (VİDEO)

Hadisə

Bakı.Trend:

Bakının Qaradağ rayonu ərazisində yol-nəqliyyat qəzası baş
verib, vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə
Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən
olunub ki, “KAMAZ” və “MAN” markalı yük avtomobillərinin toqquşması
nəticəsində yol-qəza hadisəsi baş verib və “KAMAZ” markalı yük
avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı
vəziyyətdə qalıb.




Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı
vəziyyətdə qalan sürücü, 1961-ci il təvəllüdlü Rzayev Sərdar İnqlab
oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil
veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir