
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə
avqustun 1-də ümumi çəkisi 32 kiloqramdan artıq narkotik vasitə
götürülüb.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yabanı halda bitmiş 1,9 tona yaxın çəkidə 4876
ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam
etdirilir.