Təkəri partlayan yük maşını aşdı, sürücü yaralandı

Hadisə

Tovuzda yük maşını aşıb,xəsarət alan var.

Modern.az-ın  məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayondan keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan yük avtomobili idarəetmədən çıxıb. Nəticədə yük maşını əvvəlcə yol kənarındakı bardürə dəyib, daha sonra isə yolda çıxaraq aşıb.

Qəza zamanı sürücü 1994-cü il təvəllüdlü Z.Şabanlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, qəzaya səbəb avtomobilin təkərinin partlaması olub.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir