Azyaşlı Kürdə batdı

Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Salyan şəhərindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

Modern.az xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir