
Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.
“Report”un Aran bürosunun əldə etdiyi məlumata görə, 1980-ci il təvəllüdlü Abbasov Ulduz Barat oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Şirvan şəhərində bir nəfər Kürdə boğulub.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Kürün Bayramlı qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Hadisənin hansı şəraitdə baş verdiyi və boğulan şəxsin kimliyi məlum deyil.
Hazırda FHN-nin dalğıc-xilasediciləri tərəfindən boğulan şəxsin axtarışları aparılır.
Faktla bağlı araşdırma aparılır.