Biləsuvarda avtomobil vuran şəxs ölüb

Hadisə

Biləsuvar rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.

Hadisə zamanı “Mercedes” markalı minik avtomobili piyadanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.