Astarada 103 kiloqramdan artıq marixuana aşkarlanıb (FOTO)

Hadisə

Bakı. Trend:

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri
kompleks əməliyyat – axtarış və gömrük nəzarəti tədbirləri
nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə – marixuana
aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr
İdarəsindən Trend
verilən məlumata görə, “Cənub-Astara” gömrük postunda Azərbaycan
Respublikası ərazisindən tranzit keçməklə İran İslam
Respublikasından Rusiya Federasiyasına “bibər” yükü aparan
nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə əsaslı
yoxlamaya cəlb edilib.




Yoxlama zamanı bibər yüklü yeşiklərin alt hissəsindən üzərləri
bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən 154 ədəd
dördbucaqlı formalı bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi
təqribi çəkisi 103 kq 395 q narkotik vasitə – marixuana aşkar
edilib.

Faktla bağlı araşdırma aparılır.

Spread the love