Xaçmazda külək dam örtüyünü avtomobillərin üzərinə aşırıb – FOTO

Hadisə

Xaçmaz rayonunda müşahidə olunan güclü külək fəsad törədib.

APA-nın Şimal bürosu xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində ticarət obyektinin dam örtüyü avtomobillərin üzərinə düşüb.

Nəticədə 3 nəqliyyat vasitəsinə ziyan dəyib.

Hazırda dam örtüyünün yolun hərəkət hissəsindən götürülməsi istiqamətində işlər görülür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir