Tərtərdə kanalda boğularaq ölən şəxsin kimliyi məlum olub (YENİLƏNİB-2)

Hadisə

Tərtər. Trend:

Tərtər rayonunda kanalda boğularaq ölənin kimliyi məlum
olub.

Trend-in yerli
bürosunun xəbərinə görə, meyiti kanaldan tapılan Bərdə rayon
Körpüqıran kənd sakini 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq
oğludur.

Qeyd edək ki, Tərtərdə kanalda batan Bərdə sakinlərindən üç
nəfəri FHN-nin əməkdaşları kanaldan çıxararaq xilas edib.

xxx

18:02

Tərtərdə kanalda batan Bərdə sakinlərindən bir nəfərinin meyti
tapılaraq kanaldan çıxarılıb.

Trend-in yerli
bürosunun xəbərinə görə, meyit beton kanalın Tərtər rayon Borsunlu
kəndi ərazisindən keçən hissəsində tapılıb. Hazırda meytin
aidiyyatı üzrə təhvil verilmə prosesi aparılır.




Faktla bağlı araşdırma başlanıb meytin kimliyi araşdırılır.

xxx

17:38

Tərtər rayonunda 4 nəfər kanala düşüb.

Trend xəbər verir
ki, hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib.

İlkin məlumata görə, Suqovuşandan çəkilən yeni beton kanala 4
nəfər Bərdə rayon sakinləri çimmək üçün kanala atılıb. Kanal bol
sulu olduğundan kanalda olan 4 nəfəri də axın vurub aparıb. Kənd
sakinləri kanalda axan bir nəfərin sağ xilas edərək təcili yardım
maşını ilə rayon xəstəxanasına çatdırıb. Bir nəfəri isə ölü halda
kanalda axaraq rayonun Dəmirçi istiqamətinə keçdiyini bildiriblər.
Digər 2 nəfərdən isə xəbər yoxdur.

Hazırda hüquq-mühafizə əməkdaşları hadisə baş verən
ərazidədirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir