
Tərtər. Trend:
Tərtərdə kanalda boğularaq ölən Natiq Hüseynovun qardaşı 44
günlük vətən müharibəsində şəhid olub.
Trend-in yerli
bürosunun xəbərinə görə, onun kiçik qardaşı Adil Hüseynov 44 günlük
Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid
olub.
Natiq və Adil ailədə 2 qardaş olublar.
xxx
19:13
Tərtər rayonunda kanalda boğularaq ölənin kimliyi məlum
olub.
Trend-in yerli
bürosunun xəbərinə görə, meyiti kanaldan tapılan Bərdə rayon
Körpüqıran kənd sakini 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq
oğludur.
Qeyd edək ki, Tərtərdə kanalda batan Bərdə sakinlərindən üç
nəfəri FHN-nin əməkdaşları kanaldan çıxararaq xilas edib.
xxx
18:02
Tərtərdə kanalda batan Bərdə sakinlərindən bir nəfərinin meyti
tapılaraq kanaldan çıxarılıb.
Trend-in yerli
bürosunun xəbərinə görə, meyit beton kanalın Tərtər rayon Borsunlu
kəndi ərazisindən keçən hissəsində tapılıb. Hazırda meytin
aidiyyatı üzrə təhvil verilmə prosesi aparılır.
Faktla bağlı araşdırma başlanıb meytin kimliyi araşdırılır.
xxx
17:38
Tərtər rayonunda 4 nəfər kanala düşüb.
Trend xəbər verir
ki, hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib.
İlkin məlumata görə, Suqovuşandan çəkilən yeni beton kanala 4
nəfər Bərdə rayon sakinləri çimmək üçün kanala atılıb. Kanal bol
sulu olduğundan kanalda olan 4 nəfəri də axın vurub aparıb. Kənd
sakinləri kanalda axan bir nəfərin sağ xilas edərək təcili yardım
maşını ilə rayon xəstəxanasına çatdırıb. Bir nəfəri isə ölü halda
kanalda axaraq rayonun Dəmirçi istiqamətinə keçdiyini bildiriblər.
Digər 2 nəfərdən isə xəbər yoxdur.
Hazırda hüquq-mühafizə əməkdaşları hadisə baş verən
ərazidədirlər.