Gədəbəydə yol qəzasında 2 nəfər ölüb, 4-ü xəsarət alıb – YENİLƏNİB-2 – FOTO

Hadisə

Avqustun 3-də saat 18:00 radələrində Gədəbəy rayonunun Şahdağ kəndinin dağlıq ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Vüsal Məmmədovun idarə etdiyi “KİA” markalı avtomobil dərəyə aşıb.

Nəticədə sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü Azadə Məmmədova və 1973-cü il təvəllüdlü Asəf Tapdıqov hadisə yerində ölüb.

Avtomobildə olan digər 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Gədəbəydə yol qəzasında ölənlərin və yaralıların kimliyi məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, “KİA” markalı avtomobilin dərəyə aşması nəticəsində 1973-cü il təvəllüdlü Asəf Tapdıqov və 1991-ci il təvəllüdlü Azadə Məmmədova hadisə yerində aldıqları xəsarətdən dünyasını dəyişiblər.

Ağır yol-nəqliyyat hadisəsi zamanı 1990-ci il təvəllüdlü Vüsal Məmmədov, 2021-ci il təvəllüdlü R.M və 2020-ci il təvəllüdlü A.M müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Gədəbəydə avtomobil aşıb, ölənlər və yaralananlar var.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Şahdağ kəndində qeydə alınıb.

Avtomobilin aşması nəticəsində 2 nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Spread the love