Göygöldə iki avtomobil toqquşub, xəsarət alanlar var

Hadisə

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəzada 1994-cü il təvəllüdlü F. Həsənov, 2005-ci il təvəllüdlü E. Bayramov və 1990-ci il təvəllüdlü X. Bayramov xəsarət alaraq xəstəxanaya aparılıb.