
Bakı.Trend:
Astarada avtomobilin yük yerindən yıxılan şəxs həyatını
itirib.
Trend-in
məlumatına görə, avqustun 2-də saat 13 radələrində Astara rayonu,
Toradi kənd sakini 19.10.1981-ci il təvəllüdlü Əliyev Tosif Rafiq
oğlu yük avtomobili ilə Astara rayonu, Hamoşam kənd istiqamətində
hərəkətdə olan zaman avtomobilinin yük hissəsində olan Lerik rayon,
Babagil kənd sakini 12.11.1994-cü il təvəllüdlü Zamanov Rusif
Səttar oğlu nəqliyyat vasitəsinin yük hissəsindən yıxılıb.
O, aldığı xəsarətdən həyatını itirib.
Faktla bağlı cinayət işi başlanıb.