
Bakı.Trend:
Sabunçu Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat
keçiriblər.
Trend xəbər
verir ki, əməliyyat zamanı narkokuryerliklə məşğul olan əvvəllər də
narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş İlkin Aslan
saxlanılıb.
Ondan 5 kiloqram narkotik vasitə marixuana aşkarlanaraq
götürülüb. Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə
tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və ayrı-ayrı
ünvanlara çatdırmaq müqabilində pul alacağını bildirib. Faktla
bağlı başlanan cinayət işi üzrə araşdırma davam etdirilir.
Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşları tərəfindən
cari ilin əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı 70
kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən
çıxarılıb.