Səudiyyə Ərəbistanından olan dörd turist Qəbələdə qəzaya düşüb, birinin vəziyyəti ağırdır

Hadisə

Səudiyyə Ərəbistanından gələn dörd turist Qəbələ rayonunda qəzaya düşüb, onlardan birinin vəziyyəti ağırdır.

“Report”un Şimal-qərb bürosunun mlumatına görə, hadisə Qəbələnin Laza kəndində baş verib.

Bildirilib ki, kvadrosikllərin toqquşması nəticəsində Səudiyyə Ərəbistanından olan dörd turist – üç qadın, bir kişi) xəsarət alıb.

Qəza zamanı ağır xəsarət alan qadınlardan birinin Bakıya göndərilməsi planlaşdırılır.