Qəbələdə qəzaya uğrayan turistlərin kimliyi bəlli olub – YENİLƏNİB

Hadisə

Qəbələdə baş verən qəzada xəsarət alan əcnəbi turistlərin kimliyi məlum olub

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, xəsarət alanlar Səudiyyə Ərəbistanı vətəndaşları 47 yaşlı Azzah Alharbi, 24 yaşlı Shatha Almohammadi, 17 yaşlı Lana Alharbi və 21 yaşlı Faris Almohammadidir.

Məlumata görə, ağır xəsarət alan turistlərdən biri Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, ağır qəza Qəbələnin Laza kəndində baş verib. İki kvadrosiklin toqquşması nəticəsində Səudiyyə Ərəbistanından olan dörd turist xəsarət alıb.

Səudiyyə Ərəbistanından gələn dörd turist Qəbələ rayonunda qəzaya düşüb, onlardan birinin vəziyyəti ağırdır.

“Report”un Şimal-qərb bürosunun mlumatına görə, hadisə Qəbələnin Laza kəndində baş verib.

Bildirilib ki, kvadrosikllərin toqquşması nəticəsində Səudiyyə Ərəbistanından olan dörd turist – üç qadın, bir kişi) xəsarət alıb.

Qəza zamanı ağır xəsarət alan qadınlardan birinin Bakıya göndərilməsi planlaşdırılır.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir