Bakıda 4 otaqlı ev yanıb

Hadisə

Bakı. Trend:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 150 m² (hər
mərtəbəsi 75 m²) olan ikimərtəbəli 4 otaqlı evin bir otağının yanar
konstruksiyaları 20 m² sahədə yanıb.

Trend
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat
yayıb.




Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

“Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından
mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə əlavə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir