
Ötən gün Azərbaycanda 9 silah 10 qumbara tapılıb .
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Avqustun 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 10 qumbara, 7 alışdırıcı, 8 tüfəng, 1 patron darağı və 3766 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
MƏLUMAT YENİLƏNİR …