
Bakı.Trend:
Bakıda Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin
dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.
Trend xəbər
verir ki, tədbir zamanı 32 yaşlı Samir Əhmədov saxlanılıb. Həmin
şəxsdən və idarə etdiyi avtomobildən ümumilikdə 11 kiloqram 295
qram həşiş, marixuana və psixotrop maddə olan metamfetamin
aşkarlanaraq dövriyyədən çıxarılıb.
S.Əhmədov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı
tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotik vasitələri
maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı
planlaşdırdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.