Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı (FOTO)

Hadisə

Bakı.Trend:

Avqustun 4-də Xocalı rayonunun Xanyurdu kəndi ərazisində yanğın
hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən
olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki,
araşdırmalarla yanğının 2004-cü il təvəllüdlü Murad Abdulxalıqovun
ərazidə məişət tullantılarını yandırdığı ocaqla ehtiyatsız
davranması nəticəsində baş verdiyi məlum olub.




Hadisə nəticəsində təxminən 500 kv.m sahədə kol-kos yanıb.

M.Abdulxalıqov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq
maddəsi ilə protokol tərtib olunub.