
Bakı.Trend:
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat
keçirilib.
Trend xəbər
verir ki, tədbir zamanı rayon sakinləri Babək Ələkbərov, Samir
Qədirov və qardaşı Ceyhun Qədirov qeyd edilən cinayət əməlində
şübhəli bilindikləri üçün saxlanılıblar.
Onlardan 10 kiloqrama yaxın marixuana və 4 kilqoramdan artıq
həșiş aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotik
vasitələri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.