Piyada keçidinin altından yolu keçməyə cəhd edən ana və övladını maşın vurub öldürdü

Hadisə

Bakı.Trend:

Avqustun 2-də saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax
avtomobil yolunun 21-ci kilometrliyində qeydə alınan ağır
yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.

Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat
yayıb.

Bildirilib ki, Qobustan rayon sakini Nuran Faiq oğlu Nuriyev
tərəfindən idarə olunan “VAZ-21074” markalı, 90-CL-577 dövlət
qeydiyyat nişanlı avtomobil yolun müəyyən olunmayan hissəsindən –
yerüstü piyada keçidinin altından yolu keçməyə cəhd edən 1993-cü il
təvəllüdlü Ülviyyə Vasif qızı Əliyeva və onun 2023-cü il təvəllüdlü
azyaşlı oğlunu vurub.




Hadisə nəticəsində ana və övladı aldıqları xəsarətlərdən hadisə
yerində həyatlarını itiriblər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarını
xəbərdar edib:

“Qaydanı pozaraq atılan hər addım – son addımınız ola bilər.
Yolun düzgün yerindən keçməmək – görünüşdə sadə bir qərardır. Amma
bəzən bu qərar, bir ana ilə körpə övladının həyatını əlindən alacaq
qədər ağır nəticə doğurur”.