
Bakı.Trend:
Bakıda marşrut avtobusu qəza törədib. Hadisə Xətai rayonu 8
Noyabr prospektində baş verib.
46 saylı marşrut xətti üzrə hərəkət edən “Vətən.az” MMC-yə
məxsus “İsuzu” markalı marşrut avtobusu idarəetmədən çıxaraq
işıqfora çırpılıb.
Trend-in
sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
bildirilib ki, 12 nömrəli marşrut xətti üzrə hərəkət edən
“Vətən.az” MMC-yə məxsus avtobus avqustun 4-də 8 Noyabr
prospektində qəza törədib:
“Daşıyıcının məlumatına görə, hadisə nəqliyyat vasitəsi qaraja
yollanarkən baş verib və avtobusda sərnişin olmayıb. Hadisənin
başvermə səbəbləri araşdırılır”.