
İmişli. Trend:
İmişli rayonunda iki minik avtomobilinin toqquşması ilə
nəticələnən qəza zamanı altı nəfər xəsarət alıb.
Trend-in bölgə müxbiri xəbər verir ki, hadisə saat 11
radələrində İmişli-Xoşçobanlı-Qaraqaşlı avtomobil yolunun Otuziki
kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı “Opel” markalı və “Mercedes” markalı avtomobil
toqquşub. Qəza nəticəsində xəsarət alanlar İmişli rayon Mərkəzi
Xəstəxanasına yerləşdiriliblər. Yaralılara dərhal təcili təxirə
salınmaz tibbi yardım göstərilib, xəsarət alan şəxslərdən bir
nəfəri Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır.