Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı (FOTO)

Hadisə

Bakı. Trend:

Avqustun 5-də Cəbrayıl rayonunun Minbaşılı kəndi ərazisində
otlaq sahədə baş vermiş yanğın hadisəsi ilə bağlı polis əməkdaşları
tərəfindən araşdırma aparılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə verilən
məlumata görə, araşdırmalarla 50 hektar ərazinin yanması ilə
nəticələnən hadisənin Elçin Abdullayev, Elşən Nağılı, Fariz
Məmmədli, Rəvan Mirzəyev, Fərid Məmmədli, Fariz Əlişov, Əhəd Əhədov
və Sadiq Həsənov tərəfindən törədildiyi müəyyən edilib və onlar
saxlanılıblar.




Hazırda faktla bağlı Rayon Polis Şöbəsində istintaq
araşdırmaları aparılır.