
Ağdam.Trend:
Ağdamda hüququ olmadan avtomobil idarə edən şəxs həbs
olunub.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, Ağdam Rayon Polis Şöbəsinin Dövlət
Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər
zamanı istifadəsi qadağan olunan xüsusi sayrışan işıq cihazları ilə
təchiz olunan “VAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü yol
hərəkəti qaydasını pozduğu üçün ona “saxla” işarəsi verilib.
Belə ki, yoxlama zamanı sürücü – rayon sakini İlhami Nəsibovun
sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi müəyyən edilib.
Həmin şəxs polisin qanuni tələbinə tabe olmayaraq məsuliyyətdən
yayınmağa çalışıb. O, saxlanılaraq şöbəyə gətirilib, avtomobil
müvəqqəti duracağa yerləşdirilib.
İ.Nəsibov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq
maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib və
məhkəmənin qərarı ilə 10 sutka müddətinə inzibati qaydada həbs
olunub.
Məlumatı Trend-ə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupu
təsdiqləyib.